Thursday, July 24, 2008

Rusiyanın iqtisadi işğalı

Yenidən bloquma qayıdıb yazmaq stəyəndə gözümə iqtisadi xəbərlər və balaca oğlumun etdikləri sataşdı. ikisi də mənim üçün eyni qədər maraqlıdı. Amma Rusiyanın bazarımıza girməsi bir az narahat edir. Düzdür, xadici kapitalın xeyri böyükdür və bu köhnə fikirliliyimi atmalıyam, amma uzaqdan gələnlərin pulu o qədər də təhlükəli görünmür. Özbəkistan da birdən birə Rusiya (rus kapitalı sözündən zəhləm gedir, millətin pula nə aidiyyatı var) kapitalının Daşkənddə qol-budaq atması məhz Əndican hadisələrinə təsadüf etdi ola bilər sıx bağlılıq yoxdur, amma GUÖAM birdən birə qısalıb GUAM oldu və qolu qırıq adama bənzədiI yenə də yeriyəcək iş görəcək, amma hərdən bir nə isə görə bilməyəcək.
Əsasən Rusiya hökümətinin (!) payları ilə dolanan VTB indi Azərbaycanın AFbankını almaq istiyir. Özü də iyulda ean elədi ki, 2 ay qalıb. Deməli Oktyabrda xoş gəlmişsiniz deməliyik. Xatırlıyıram, Rusiyada ingilab (əslində çevriliş) oktyabrda olmuşdu. Bu bank Qarabağdakı bölmələrini bağlaması haqda da bir elan verdi ki, təki bizim neft pullarında əlini yusun.
Afbank.az-ı yığsanız artıq gedirsiniz VTB-nin saytına. Başqa maraqlı çıxışları isə burdan tapdım. ətraflı yazılıb və göstərilib ki, iki bankın informasiya mübadiləsi sistemi necə əlaqələndirilib. Buyurun baxın.
Başqa böyük şirkət - Rostelekom da deyir ki, 2008-2012ci ilin planına görə mütləq Azərbaycanda olmalıdı. Bunun üçün də Aztelekomu almaq istəyir. Bu yaxınlarda onun özəlləşdirilməsi haqda rəsmi məlumatlar da getdi. Amma Rostelekom tək Aztelekomu almaqla işini bitirməyəcək, həm də fikri var ki, Türkmənbaşı-Bakı, bir də Aktau-Bakı sualtı magistrallarının tikintisini istəyir ki, sonradan onları Gürcüstan-Türkiyə və ukrayna bölmələrni tikəndən sonra qoşa bilsin.
Bəzi söhbətlərə görə, Baktelekomla Aztelekom birləşdiriləcək, sonra özəlləşdiriləcək. Yəni sabah telefonlarımız rusların əlinə keçə, hesablarımıza isə VTB nəzarət edə bilər. Amma indiyədək təkcə Türkiyə kapitalı müştərilərlə işləmək imkanı qazanıb bank sahəsində. Ölkyə gələn City bank və Commerzbank hələ gözə dəymirlər. Baları böyük layihələrə qarışıb.
Oğlum isə ömründə birinci dəfə dəniz gördü, sevindi. Sonra balıqqulaqlarına ayaq basmaq istəmədi. 5 dəqiqədən sonra sahildə suya can atırdı, mən də qarşısını alırdım ki, “ay bala boğularsan”.
yoruldum, gəldik evə. 1.5 saat mübarizədən sonra.
Posted by Emin at 14:27:10
Comments

Leave a Reply